5 rayon qazsız qalacaq

5 rayon qazsız qalacaq
  06 Avqust 2013    Oxunub:923
Bu gün Bərdə, Tərtər, Ağdam, Masallı və Qusar rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar saat 20:00-dək “Bərdə”, “Tərtər”, “Cəyirli”, “Kətəlparaq”, “Tərtər-2” və “Ağdam 4-yol” ölçü qovşaqlarından, saat 18:00-dək “Masallı-2” ölçü qovşağından rayon mərkəzinə gedən “əhali” orta təzyiqli qaz kəmərlərində, saat 15:00-dək isə “Qusar” Qazpaylayıcı Stansiyanda kollektordan Urva kəndi istiqamətində gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Bərdə, Tərtər rayonlarına, Ağdam rayonunun bir hissəsinə, Masallı şəhərinə və Qusar rayonunun Urva kəndinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti