Paytaxtda qəza: ölən və yaralananlar var

Paytaxtda qəza:  ölən və yaralananlar var
  06 Avqust 2013    Oxunub:769
Bakının Nərimanov rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, qəzanı 1991-ci il təvəllüdlü Musazadə Rza Tahir oğlu törədib.

O, idarə etdiyi «Nissan Sunny» markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, qabaq hissəsi ilə evin hasarına, maşının sağ tərəfi isə elektrik dirəyinə dəyib.

Nəticədə həmin avtomobildə olan sərnişin 1988-ci il təvəllüdlü, Bakı şəhər sakini Kazımov Rəşad Əbil oğlu hadisə yerində ölüb.
Digər sərnişin 1989-cu il təvəllüdlü Xəlilov Xəyyam Ömər oğlu və sürücü müxtəlif bədən xəsarətləri alaraq orta ağır vəziyyətdə Bakı şəhəri klinik tibbi mərkəzə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti