“Qarabağ”ın baş məşqçisi cəzalandırıldı

“Qarabağ”ın baş məşqçisi cəzalandırıldı
  06 Avqust 2013    Oxunub:1368
AFFA İntizam Komitəsi bu gün keçiridiyi iclasda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova cəza kəsib.
Buna səbəb Ağdam klubunun çalışdırıcısının Topaz Premyer Liqanın avqustun 4-də keçirilən I turunun “İnter” – “Qarabağ” matçının 90-cı dəqiqəsində texniki zona qaydalarını pozması səbəb olub.

AFFA bu səbəbdən baş məşqçini bir oyunluq cəzalandırıb, klub 1000 manat cərimə olunub.

Qeyd edək ki, Q.Qurbanov futbolçusu Riçard Almeyda başından zədə alarkən baş hakim Rəhim Həsənovun həkimləri meydana gec buraxması səbəbindən belə addım atıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti