Obamadan Ramazan təbriki

Obamadan Ramazan təbriki
  06 Avqust 2013    Oxunub:1019
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə Ramazan bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

`Hörmətli cənab Prezident, Amerika xalqı adından Sizi və xalqınızı mübarək Ramazan bayramı münasibətilə təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm. Amerika Birləşmiş Ştatlarında və dünyanın hər yerində yaşayan müsəlmanlar ənənəyə uyğun inanclarından ötən ay ərzində güc alaraq və ehtiyacı olanlara yardım əli uzadaraq öz ailə və dostları ilə Ramazan ayını uğurla başa vurmuşlar. Ümidvaram ki, müqəddəs Ramazan ayı ölkənizin müsəlmanları üçün mənəvi saflaşma, mərhəmət və şəfqət dövrü olmuşdur. Qoy qarşıdan gələn il Sizə və xalqınıza sülh, cansağlığı və firəvanlıq gətirsin. Ramazan bayramınız mübarək!"

AzVision.az


Teqlər:





Xəbər lenti