Ermənilər işğal etdikləri torpaqlarımızı yandırır

Ermənilər işğal etdikləri torpaqlarımızı yandırır
  06 Avqust 2013    Oxunub:1031
Ermənistan silahlı qüvvələri işğal altında olan torpaqlarımızda yanğınlar törətməyə davam edir
Mənfur qonşularımız bu dəfə də Ağdamın işğal altında olan Baş Qərəvənd kəndi ərazisində yanğın törədiblər. Havanın küləkli olması yanğının genişlənərək qoşunların təmas xəttindəki neytral ərazilərə keçməsinə səbəb olub. Həmçinin minalanmış sahələrə də yayılıb. Həmin istiqamətdə cəbhəyanı kəndlərdə yaşayan sakinlərin sözlərinə görə yanğın zamanı partlayış səsləri də eşidilib.

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti