İranda saxlanılan 5 aylıq körpə azad olundu

İranda saxlanılan 5 aylıq körpə azad olundu
  06 Avqust 2013    Oxunub:1132
Emil Məlikov dünən Şəhid Mədəni xəstəxanasından çıxarılıb
“İldə 1 milyona yaxın insan Azərbaycandan İrana gedir. Bu insanların da böyük bir hissəsi müalicə üçün İrana üz tutur. Gedənlərin əksəriyyəti də müalicədən razı qalırlar”.

Bu barədə məlumatı AzVision.az-a açıqlamasında İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilib.

Bildirilib ki, Təbriz şəhərindəki Şəhid Mədəni xəstəxanasında girov saxlanılan 5 aylıq Azərbaycan vətəndaşı Məlikov Emil Firdovsi oğlu artıq xəstəxanadan buraxılıb :

“Bu məsələyə görə Şəhid Mədəni xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan bildirilib ki, Məlikov Emil Firdovsi oğlunun əməliyyat xərci valideynlərinin ödədiyi məbləğdən baha başa gəlib. Emilin valideynləri qalan məbləği ödəyə bilməyib. Emili əməliyyat edən həkim-cərrah öz əmək haqqından imtina edib və Emil dünən Şəhid Mədəni xəstəxanasından çıxarılıb”.

Qeyd edək ki, . dak.org saytı ailənin yaxınlarına istinadən belə bir məlumat yayıb :İran klinikalarından biri 5 aylıq azərbaycan vətəndaşını girov saxlayır. Bu, Təbriz şəhərindəki Şəhid Mədəni xəstəxanasıdır. Xəstəxananın müalicə-profilaktika şöbəsində ürəyindən əməliyyat olunan azərbaycanlı körpə Məlikov Emil Firdovsi oğlu girov kimi saxlanılaraq, valideynlərinə verilmir. Xəstəxana rəsmiləri valideynlərdən əvvəlcədən razılaşdırılmamış məbləğdə ödəniş tələb edir. Bildirilir ki, xəstəxananın əməliyyatla bağlı danışılmış Pərviz adlı həkimi valideynlərlə telefon əlaqəsi zamanı bütün xərclər üçün 4000 dollar lazım olacağını deyib. Valideynlər də bu pulu düzəldərək körpələrini Təbrizə, xəstəxanaya aparıblar. Lakin əməliyyat zamanı Pərviz həkim valideynlərə bildirib ki, 4000 dollardan əlavə 3000 dollar da həkimlərə verməlidirlər. Valideynlər naəlac qalıb, 3000 dollar da toplayaraq Pərviz həkimə veriblər. Bundan sonra körpələrini xəstəxanadan çıxarmaq barədə düşünən valideynlər dəhşətli “sürprizlə” qarşılaşıblar. Avqustun 5-də uşağı xəstəxanadan çıxarmaq istəyən valideynlərə deyilib ki, 5500 dollar da ödəməlidirlər. Əks halda xəstəxana uşağı təhvil verməyəcək. Valideynlər əvvəlcədən razılaşdırıldığından da artıq ödəniş etdiklərini, o vəsaiti də qohum-əqrəbadan borc aldıqlarını, tələb olunan əlavə 5500 dolları heç bir halda ödəyə bilməyəcəklərini dedikdə isə onlara qapını göstəriblər. “Axı biz əvvəl belə danışmamışdıq, pulun məbləğini də özünüz demişdiniz” deyə xəstəxana rəsmilərinə etirazlarını bildirən valideynlərə “İndi də belə deyirik, pulu getirin, uşağınızı aparın” cavabı verilib və onlardan dərhal xəstəxananı tərk etmək tələb olunub.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti