Bayram günləri işıq sönməyəcək

Bayram günləri işıq sönməyəcək
  06 Avqust 2013    Oxunub:1046
“Bakıelektrikşəbəkə” ASC-nin əməkdaşları müqəddəs Ramazan Bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
AzVision.az xəbər verir ki, bayram və istirahət günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcəklər.

Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcəkdir.

Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi günlərdə aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılmasını təmin edəcəklər.

Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunmaları üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.

Abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problemlər haqqında “199 - Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti