İlham Əliyev Usubovu təltif etdi

İlham Əliyev Usubovu təltif etdi
  07 Avqust 2013    Oxunub:908
Azərbaycan prezidenti İlham Əliyev Şahmar Şahhüseyn oğlu Usubovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Ş.Ş.Usubovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Şahmar Şahhüseyn oğlu Usubov “Şöhrət” ordeni ilə təltif edilsin.

AzVision.az


Teqlər:  





Xəbər lenti