6 istiqamətdə düşmən susdurulub

6 istiqamətdə düşmən susdurulub
  07 Avqust 2013    Oxunub:948
Ermənilər bir neçə istiqamətə mövqelərimizi atəşə tutublar
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar və Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Eyni zamanda, Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz atəşə məruz qalıb.

Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti