İbrahimbəyov Əli Kərimlini heçə saydı

İbrahimbəyov Əli Kərimlini heçə saydı
  07 Avqust 2013    Oxunub:1078
Milli Şuranın fatihəsi oxunur
Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov virtualaz.org saytına müsahibəsində maraqlı fikir söyləyib. “ Siz nəzəri baxımdan, Müsavat başqanı İsa Qəmbərin namizədliyini dəstəkləyə bilərsinizmi?” sualını o, belə cavablandırıb: “ Əgər vahid namizəd qeydiyyata alınmayacaqsa, niyə də yox, İsa Qəmbəri niyə də dəstəkləməyim?! Bu halda onun namizədliyini niyə dəstəkləməməliyik? İsa bəydən əlavə orada vahid namizəd olmağa layiqli insanlar var. Məsələn, Mehman Əliyev, Mirmahmud Fəttayev, Lalə Şövkət”.

Sual çıxır: bəs Əli Kərimli nə oldu? Axı müxalifətdə və eləcə də Milli Şurada iki əsas partiyadan biri onun başçılıq etdiyi AXCP sayılır. Rüstəm İbrahimbəyov isə klassik AXCP-nin lideri Mirmahmud Fəttayevin adını çəkdiyi halda, Əli Kərimlinin adını dilinə belə gətirmir. Və faktik olaraq Lalə Şövkəti, Mehman Əliyevi də ondan üstün tutur.

Bu, onu göstərir ki, İbrahimbəyov və onun qrupu ilə Əli Kərimlinin partiyası arasında çox ciddi problemlər var. Bu, faktik olaraq o deməkdir ki, Milli Şura tezliklə məhvə məhkumdur. Çünki oradakı iki əsas partiyadan birinin İbrahimbəyovla problemləri var, Müsavat isə açıq-aydın öz liderini vahid namizəd kimi görmək istəyir. Bu halda Milli Şuranı bir yerdə saxlaya biləcək heç bir ümumi maraqlar qalmır.

Tariyel


Teqlər:  





Xəbər lenti