Səbail və Yasamalda su olmayacaq

Səbail və Yasamalda su olmayacaq
  07 Avqust 2013    Oxunub:913
Bakının mərkəzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi küçəsindən keçən 500 mm diametrli magistral su xəttinin qəzalı vəziyyətdə olan 7 metrlik hissəsi dəyişdirilir.

Bununla əlaqədar avqustun 7-də gün ərzində paytaxtın Səbail və Yasamal rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

AzVision.az


Teqlər:





Xəbər lenti