`Rüstəm İbrahimbəyovun dedikləri düz gəlmir`

`Rüstəm İbrahimbəyovun dedikləri düz gəlmir`
  07 Avqust 2013    Oxunub:1050
Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov virtualaz.org saytına müsahibəsi zamanı vahid namizəd qeydiyyata alınmayacağı təqdirdə alternativ namizədlər kimi İsa Qəmbər, Mehman Əliyev, Mirmahmud Fəttayev və Lalə Şövkəti gördüyünü deyib. İbrahimbəyov göründüyü kimi klassik AXCP-nin lideri Mirmahmud Fəttayevin adını çəkdiyi halda, Əli Kərimlinin adını belə çəkmək istəməyib.
Məsələ ilə bağlı AzVision.az-a açıqlama verən AXCP- nin Ali Məclisinin sədri Həsən Kərimov bildirib ki, Rüstəm İbrahimbəyovun indi verdiyi müsahibə əvəllər səsləndirdiyi fikirləri təkzib edir.

`Bundan öncəki müsahibələrində başqa fikirlər var idi. Rüstəm İbarhimbəyov dəfələrlə deyib ki, vahid namizəd məsələsi həll olumazsa, digər vahid namizəd ola bilməz. Ona görə də vahid namziəd uğrunda mübarizə aparılamlıdır. İndiki dedikləri ilə əvvəlki müsahibələrində dedikləri bir- birini təkzib edir. Ancaq bunlar müxalifət daxili münasibətlərə zərər gətirə bilər, ona görə də o məsləyə açıqlama gətirmək istəməzdim`.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti