`Ceyson Born` eksklüziv olaraq Park Cinema İMAX-da

`Ceyson Born` eksklüziv olaraq Park Cinema İMAX-da
  02 Sentyabr 2016    Oxunub:3844
Azərbaycanda ilk dəfə sentyabrın 1-dən eksklüziv olaraq yalnız Flame Towers-də yerləşən Park Cinema İMAX kinoteatrında rejissor Pol Qrinqrassın “Ceyson Born” adlı kəskinsüjetli döyüş filmi ekrana çıxır.
Park Cinema kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyevin verdiyi məlumata görə, filmin Azərbaycanın digər kinoteatrlarında nümayişi sentyabrın 8-dən başlanacaq.

“Azərbaycanın kino həvəskarlarına gerçəkliyə maksimal dərəcədə yaxın görüntü və səsdən zövq almaq imkanı bəxş edən Flame Towers-də yerləşən Park Cinema İMAX kinoteatrı “Ceyson Born” filmini tamaşıçıların mühakiməsinə artıq senytabrın 1-dən etibarən təqdim edəcək. Əminəm ki, Park Cinema İMAX-dakı eksklüziv nümayiş kinomanların böyük marağına səbəb olacaq”, - deyə Namiq Quliyev bildirib.

Park Cinema kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev qeyd edib ki, “Ceyson Born” “Born” seriyasından olan beşinci film olub “Bornun ultimatumu”nun sikvelidir. Filmin ssenarisini Pol Qrinqrass, Mett Deymon və Kristofer Raus yazıb. Baş rollarda Mett Deymon, Culiya Staylz, Alisiya Vikander, Tommi Li Conson və Vensan Kassel çəkilib.

Ceyson Born “Blekbrayar” əməliyyatı iflasa uğradıqdan sonra MKİ-dən uzun müddət gizlənmək məcburiyyətində qalır. Lakin əvvəllər ona kömək göstərmiş Niki Parson MKİ-nin serverlərini qırıb məxfi əməliyyatlar üzrə məlumatları yüklədikdən sonra xüsusi xidmət orqanı əməkdaşları Yunanıstanda Ceyson Bornun izinə düşürlər. Born hadisələrin mərkəzində qalır, çünki sən demə onun atası “Tredstoun”un əsasını qoyanlardan biri imiş və məhz buna görə xüsusi xidmət orqanları Ceyson hələ casus olmadan xeyli əvvəl onunla maraqlanmağa başlamışdılar. Born MKİ-nin sirr kimi qoruduğu həqiqəti öyrənmək üçün bütün xatirələrini bərpa etməlidir...

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti