Özbəklər İslam Kərimovla vidalaşır – FOTOLAR (VİDEO)

Özbəklər İslam Kərimovla vidalaşır – FOTOLAR (VİDEO)
  03 Sentyabr 2016    Oxunub:22462
Özbəkistan prezidenti İslam Kərimovu son mənzilə yola salmaq üçün Daşkənd sakinləri küçələrə axışıb.

AzVision.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 05:00-də İslam Kərimovun cənazəsi paytaxtın “Cənub” hava limanına aparılıb.

Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib. Buradan Kərimovun nəşi təyyarə ilə Smərqəndə yola salınıb.

Qeyd edək ki, İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib.

İslam Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.









Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti