`Atamın öldüyünə inanmıram` - Prezidentin qızı

`Atamın öldüyünə inanmıram` - Prezidentin qızı
  03 Sentyabr 2016    Oxunub:3368
Özbəkistan prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayeva özünün “İnstagram” səhifəsində atasının ölümü ilə bağlı status yazıb.
AzVision.az xəbər verir ki, o, atasının öldüyünə inanmadığını qeyd edib:

“O, bizim yanımızdan ayrıldı... Sözləri yazıram amma özüm də buna inanmıram”.

Qeyd edək ki, Özbəkistan Prezidenti İslam Kərimov ötən gün 79 yaşında vəfat edib. Dövlət başçısının ölümü ilə əlaqədar Özbəkistanda 3 günlük matəm elan edilib.

Özbəkistan lideri avqustun 27-də insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti