Nazirlik dərman idxalçılarına müraciət edib
Bu nöqteyi-nəzərdən mərkəzin “İdxala dair elektron sistemi”ndə tətbiq edilən yenilik sayəsində ölkəyə idxal olunan dərman vasitələrinin dövlət qeydiyyatına alınıb-alınmaması, eyni zamanda, onların Azərbaycan dilində içlik vərəqələrinə malik olub-olmaması barədə məlumatların sistemdə “bir düymə”yə toxunuşla həmin cavabdeh idxalçı şirkətə çatdırılması mümkündür.
Buna görə də yuxarıda qeyd edilən məlumatlardan mütəmadi xəbərdar olunmalarının vacibliyini nəzərə alaraq ölkədə fəaliyyət göstərən bütün idxalçı şirkət və firmalardan tez bir zamanda məxsusi elektron ünvanlarını Analitik Ekspertiza Mərkəzinə göndərmələri xahiş olunur.
Aytən Zəhra
AzVision.az