Türkiyə ordusu Suriyaya girdi

Türkiyə ordusu Suriyaya girdi
  03 Sentyabr 2016    Oxunub:1768
Sentyabrın 3-də Türkiyə Silahlı Qüvvələrinə məxsus təxminən 20 tank Kilis əyalətinin Elbeyli rayonunda sərhədi keçərək Suriya ərazisinə daxil olub. Zirehli texnikanın Suriya Azadlıq Ordusunun nəzarət etdiyi əl-Rai kəndinə daxil olduğu bildirilir.
AzVision.az Azərtac-a istinadla xəbər verir ki, hərbi texnikanın keçidi Türkiyə ərazisindən İŞİD qruplaşmasının əl-Rai kəndi yaxınlığında yerləşən mövqelərini sıx atəşə tutan reaktiv artilleriya vasitəsi ilə qorunub. Zirehli texnikanın sərhədi keçdiyi ərazidən 30 kilometr uzaqlıqda İŞİD qruplaşmasının Suriyanın şimalinda yerləşən əsas dayaq məntəqələrindən biri olan əl-Bab şəhəri yerləşir.

Xatırladaq ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri Suriya ərazisinə daxil olaraq Azad Suriya Ordusunun Cerablus qəsəbəsini İŞİD yaraqlılarından təmizləməsinə dəstək verib.

AzVision.az


Teqlər:





Xəbər lenti