Ərdoğan Putinə təşəkkür edib

Ərdoğan Putinə təşəkkür edib
  04 Sentyabr 2016    Oxunub:1584
Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Türkiyə və Rusiya arasında çarter uçuşlarının bərpa olunmasına görə rusiyalı həmkarı Vladimir Putinə minnətdarlığını bildirib.
RİA Novosti xəbər verir ki, Putin Çinin Xançjou şəhərində başlayan “Böyük iyirmilik” (G-20) sammiti çərçivəsində Ərdoğanla keçirdiyi görüşün əvvəlində birinci çarter reysinin sentyabrın 2-də baş tutduğunu xatırladıb.

“Mən, ilk öncə, təşəkkür etmək istəyirəm. Bəli, həqiqətən, çarter uçuşları bərpa olunub, ilk reys dünən həyata keçirilib”, - deyə Ərdoğan bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti