Gülnarə Kərimova atasının dəfninə gəlməyib

Gülnarə Kərimova atasının dəfninə gəlməyib
  04 Sentyabr 2016    Oxunub:3935
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova atasının dəfn mərasimində iştirak etməyib.
Bu barədə “Fərqanə” saytı məlumat yayıb. Bildirilib ki, atası ilə münasibətləri qaydasında olmayan G.Kərimova yas mərasiminə qatılmayıb.

Onun ev dustağı olduğu deyilir.

Məlumata görə, G.Kərimova ilə birgə qızı İman yaşayır, oğlu İslam isə hazırda Londondadır. Onlar da babalarının dəfn mərasiminə gəlməyiblər.

Qeyd edək ki, 78 yaşında dünyasını dəyişən İslam Kərimov bu gün doğma şəhəri Səmərqənddə dəfn olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti