Antalyada tur gəmisi batıb - 73 nəfər xilas edilib

Antalyada tur gəmisi batıb - 73 nəfər xilas edilib
  04 Sentyabr 2016    Oxunub:1793
Antalya sahillərində gəzinti gəmisi qəzaya uğrayıb.
Anadolu agentliyi xəbər verir ki, qəza nəticəsində gəmidə olan sərnişinlərdən 79-u xilas edilib. İki nəfərin isə itkin düşdüyü bildirilir. İtkin düşənlərdən biri xarici ölkə vətəndaşıdır.

Güclü külək və yağış nəticəsində “Kurt-C” adlı gəmiyə su dolmağa başlayıb. Sərnişinləri xilas etmək üçün dəniz polisi və Sahil Mühafizə qüvvələri dərhal əraziyə cəlb edilib. Sərnişinlərin təxliyə edilməsindən sonra gəmi batıb. Dəniz polisi təxminən 45 metr dərinlikdə batan gəmidə sərnişinlərdən olub-olmadığını bilmək üçün əməliyyata başlasa da, pis hava şəraiti üzündən işlər dayandırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti