Maskalı basqın: xeyli miqdarda pul, qızıl talandı

Maskalı basqın: xeyli miqdarda pul, qızıl talandı
  07 Avqust 2013    Oxunub:1125
Goranboyda külli miqdarda əmlak quldurluq yolu ilə talanıb.
Rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 3 nəfər xüsusi maskalı şəxs dünən saat 04:10 radələrində Məmmədov Əbülfət Kərəmalı oğlunun evinə basqın edərək yumruqla sifət nahiyəsindən vurub və əl və ayaqlarını bağlayaraq уerə yıxıblar. Naməlum şəxslər həmin vaxt əllərində olan tapançanı Əbülfət Məmmədovun arvadı Həsənova Səkinə Qəşəm qızınən və qızı Sayad Əliyevanın üzərinə tutublar.

Evdən külli miqdarda- 5600 manat və 1000 ABŞ dolları, müxtəlif çeşidli qızıl-zinət əşyaları və "Hundayi Tucson" markalı avtomaşını ələ keçirməklə quldurluq ediblər.

Cinayəti törədən şəxslər hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır, hadisəni törədən şəxslərin kimliyi araşdırılır.

Mirvari


Teqlər:  





Xəbər lenti