İTV-nin sabiq işçisi :`Cəmil Quliyev məni tərifləyirdi`

İTV-nin sabiq işçisi :`Cəmil Quliyev məni tərifləyirdi`
  07 Avqust 2013    Oxunub:1181
`Səhhətimlə bağlı işdən çıxmışam`
AzVision.az-ın məlumatına görə,İctimai Televiziyanın (İTV) Həmkarlar İttifaqı Komitəsinin sabiq sədri Azad Məmmədov bir sıra KİV-lərdə vəzifəsindən uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

A.Məmmədov bildirib: "Avqustun 6-da bir sıra internet portallarında mənim İTV Həmkarlar İttifaqı Komitəsinin sədrliyindən uzaqlaşdırıldığım barədə həqiqətəuyğun olmayan informasiya yayılıb. Bu vəzifədən səhhətimlə bağlı yazdığım ərizə əsasında çıxmağım nədənsə təhrif olunmuş, guya şirkət rəhbərliyi tərəfindən bu vəzifədən çıxarılmağım, hətta qovulmağım barədə şayiə yayılan informasiyanın leytmotivini təşkil etmişdir".

Uzun illər AzTV və İTV-də yaradıcılıq sahəsində, habelə bir sıra
məsul vəzifələrdə çalışmış, son illər isə İTV Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik etmiş A.Məmmədov deyib: "Elə avqustun 6-da komitəyə yeni sədr seçkisi ilə bağlı keçirilən ümumi yığıncaqda baş direktor C.Quliyev və digər əməkdaşlar təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, ünvanıma tərifli sözlər söylədilər, fəaliyyətimə yüksək qiymət verdilər. Təbii ki, ərizə yazanda bütün bunları heç kimdən xahiş etməmişdim. Hər kəs qəlbinin hömkü ilə uzun illər birgə çalışdığı, səmərəli fəaliyyəti göz qabağında olan iş yoldaşları barədə həqiqəti dilə gətirmişdir. Təəssüf ki, bəzi araqarışdıranlar iclas salonunu tərk edər-etməz mətbuata guya mənim tutduğum vəzifədən uzaqlaşdırıldığım barədə məlumat ötürüblər. Bunu gündəmdə olan bir məsələ ilə əlaqələndiriblər ki, heç demə, mən işdən çıxan, yaxud çıxarılan əməkdaşların hüququnu müdafiə etdiyim üçün cəzalandırılmışam".
Sabiq sədr komitənin yeni seçilmiş sədri Elşən Səfərova gələcək fəaliyyətində uğurlar arzulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti