“MSK namizədliklə bağlı aktı mənə bu gün təqdim etdi”

“MSK namizədliklə bağlı aktı mənə bu gün təqdim etdi”
  07 Avqust 2013    Oxunub:1009
“Sənədlərimi dünən MSK-ya təqdim etdim”.
Bu sözləri AzVision.az-a açıqlamasında prezidentliyə namizəd “Azadlıq” partiyasının sədri Əhməd Oruc deyib.

“Sənədlərimi dünən təqdim etsəm də, namizədliyimlə bağlı aktı bu gün çağırıb, verdilər” , -deyə partiya sədri əlavə edib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK ) bildirib ki, komissiyaya yalnız bir nəfər - YAP-ın namizədi, prezident İlham Əliyevin sənədləri təqdim olunub.

Nihadə


Teqlər:  





Xəbər lenti