`Eurovision-2017` bu şəhərdə keçiriləcək

  09 Sentyabr 2016    Oxunub : 1908
`Eurovision-2017` bu şəhərdə keçiriləcək
Gələn il “Eurovision” mahnı müsabiqəsi Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu junrliastlərə açıqlamasında Ukrayna Milli Televiziya Şirkətinin icraçı direktoru Zurab Alasaniya bildirib.

Təşkilatçıların qərarı ilə müsabiqə Kiyevdə Dnepr çay sol sahilində yerləşən Beynəlxalq sərgi salonunda keçiriləcək. Kompleksin ümumi həcmi 60 min kvadrat metrdir.

Qeyd edək ki, ötən il Stokholmda Globe Arenada keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin qalibi Ukrayna olub. Bu ölkəni musiqi yarışmasında Krım tatarlarının deportasiyasından bəhs edən 1944 adlı mahnısı ilə Camala təmsil edib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: