Asiyanın hakim partiyalarının gəncləri Bakıda toplaşacaq

Asiyanın hakim partiyalarının gəncləri Bakıda toplaşacaq
  08 Avqust 2013    Oxunub:968
Avqustun 14-16-sı tarixlərində Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun II toplantısı keçiriləcək.
Bu barədə hakim Yeni Azərbaycan Partiyasından bildiriblər.

Toplantıda 18 ölkədən təxminən 50 nəfər gənc siyasətçi iştirak edəcək. Tədbirdə İCAPP-ın rəhbərliyində təmsil olunan şəxslərin də iştirakı nəzərdə tutulur. YAP sədrinin müavini - icra katibi, İCAPP-ın Daimi Komitəsinin üzvü Əli Əhmədov, İCAPP-ın həmtəsisçisi Xose de Venesia, təşkilatın baş katibi Çunq Ey Yonq, Pakistan Müsəlman Liqasının baş katibi, İCAPP Daimi Komitəsinin üzvü Müşahid Hüseyn, İCAPP Gənclər Qolunun sədri, Malayziya baş nazirinin xüsusi məsləhətçisi Dato Seri Şahidan Kasım və İCAPP Daimi Komitəsinin üzvü, Tailandın nümayəndəsi Naline Tavesin toplantıda iştirak edəcəklər.

Toplantıda Asiya regionunda fəaliyyət göstərən siyasi partiyaların üzvü olan gənc siyasətçilərin şəbəkəsinin genişləndirilməsi məsələləri müzakirə olunacaq, eləcə də İCAPP Gənclər Qolunun rəhbər strukturlarına seçkilər keçiriləcək. Tədbirin sonunda Asiya gənclərinin Bakı Bəyannaməsinin qəbul olunması gözlənilir. Avqustun 15-də isə İCAPP-ın Gənclər Qolunun 2-ci toplantısının iştirakçılarının Bakı şəhərinin tarixi-memarlıq abidələrinə ekskursiyası nəzərdə tutulub.(APA)


Teqlər:





Xəbər lenti