MDB PA Azərbaycandakı referendumu izləyəcək

MDB PA Azərbaycandakı referendumu izləyəcək
  10 Sentyabr 2016    Oxunub:1529
Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidəçilər missiyası Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçiriləcək referendumun monitorinqini aparacaq.
AzVision.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

Qeyd olunub ki, bununla bağlı Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov tərəfindən MDB Parlamentlərarası Assambleyası Şurasının sədri Valentina Matviyenkoya rəsmi dəvət göndərilib.

Referendum günü Azərbaycanda olacaq müşahidə missiyasının tərkibinə MDB PA-da iştirak edən ölkələrin parlament üzvləri və MDB PA Şurası katibliyinin əməkdaşları daxil olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti