Kerri Natiq Cəfərlinin azadlığa buraxılmasını alqışlayıb
“Azərbaycan hökumətindən əlavə müsbət addımların atılacağını gözləyirik”, -deyə bəyanatda bildirilir.
Qeyd edək ki, N. Cəfərli bu il avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilib.
Sentyabrın 9-da isə məhkəmə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinin təqdimatı əsasında N. Cəfərlinin azadlığa buraxılması barədə qərar qəbul edib. (Apa)
AzVision.az
Teqlər: