Ohanyan `Putin İttifaqı`na rəhbər gətirilir

Ohanyan `Putin İttifaqı`na rəhbər gətirilir
  12 Sentyabr 2016    Oxunub:4834
Ermənistanın müdafiə naziri Seyran Ohanyan böyük ehtimalla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi təyin olunacaq.

AzVision.az-ın məlumatına görə, bu barədə "İnterfaks" agentliyinə Ermənistan hakimiyyətindəki mənbə bildirib.

"Yaxın vaxtlarda Ohanyan Ermənistanın müdafiə naziri vəzifəsindən istefaya göndəriləcək. O, KTMT-nın baş katibi postunu tutacaq", - deyə mənbə vurğulayıb.

Bundan əvvəl mənbə Sarkisyanın dövlət idarəçiliyində geniş miqyaslı dəyişikliklərin olacağını da deyib.

Xatırladaq ki, daha əvvəl KTMT-nın hazırkı baş naziri Nikolay Bordyuja yeni baş katibin adının təşkilatın bu il oktyabrın 14-də Ermənistanda keçiriləcək iclasında açıqlanacağını deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti