İŞİD liderinin məsləhətçisi öldürülüb

İŞİD liderinin məsləhətçisi öldürülüb
  12 Sentyabr 2016    Oxunub:1523
İŞİD-ə qarşı beynəlxalq koalisiyanın İraqın şimalında həyata keçirdiyi hava əməliyyatları nəticəsində 40-a qədər İŞİD silahlısı zərərsziləşdirilib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, öldürülənlər arasında İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin məsləhətçisi Əbu İbrahim əl-Hədidi də olub.

Belə ki, onun olduğu avtomobil karvanına Mosul yaxınlığında havadan hücum təşkil edilib. Həmçinin Mosul ətrafındakı bombardmanda İŞİD-in daha bir yüksək rütbəli şəxsi Visam İsmayıl əs-Subari də öldürülüb. Subari terrorçu-kamikadzelərin hazırlanması üçün cavabdehlik daşıyırmış.

AzVision.az


Teqlər:





Xəbər lenti