`Belaruslular azərbaycanlılar kimi deyil` - Prezident

`Belaruslular azərbaycanlılar kimi deyil` - Prezident
  13 Sentyabr 2016    Oxunub:31783
Belarus Prezidenti Aleksandr Lukaşenko TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib.

Belarus dövlətinin başçısı müsahibəsində Rusiya ilə münasibətlər, Müstəqil Dövlətlər Birliyinin gələcəyi, Birliyin üzvü olan dövlətlər arasında mövcud münaqişələr, o cümlədən Azərbaycan və Ermənistan arasında münaqişə barədə danışıb.

Aleksandr Lukaşenko Belarusun iqtisadiyyatı haqqında söhbət açaraq deyib: “Biz təhlükəsiz, sakit ölkədə yaşayırıq”.

Onun sözlərinə görə, “Belarusda yalnız tənbəl, əyyaş və avara adam pis yaşaya bilər”.

Belarus dövlətinin başçısı deyib: “Mən insanlarla görüşlərdə tez-tez onlara deyirəm ki, bizim ölkəmizin ərazisindən keçməklə 100 milyon tondan çox yük daşınır (təsəvvür edirsinizmi, 100 milyon ton yük!). Belarus ərazisindən keçən neft və qaz boru kəmərləri də öz yerində. Bizim dəmir yol, avtomobil, hava nəqliyyatımız var. Burada hər kəsə xidmət göstərmək lazımdır. Bunların hesabına yaşamaq olar, amma belaruslular gürcülər, azərbaycanlılar kimi deyil, onlar daha işgüzardırlar”. (Azərtac)

AzVision.az


Teqlər:  





Xəbər lenti