Marqvelaşvili müsəlmanları təbrik etdi

Marqvelaşvili müsəlmanları təbrik etdi
  13 Sentyabr 2016    Oxunub:1086
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Qurban bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib.
AzVision.az-ın məlumatına görə, təbrik məktubu ölkə prezidentinin rəsmi internet səhifəsində yerləşdirilib.

“Qurban bayramı münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Qurban bayramı - sülh, həmrəylik, ümid və xeyrin şərə qalib gəlməsi deməkdir. Gürcüstandakı müsəlman ailələrin bayram sevincini paylaşıram, bütün müsəlmanlara uğur və xoşbəxtlik arzu edirəm”, prezident vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti