Türkiyə XİN hesabat verdi: 86 İŞİD-çi öldürülüb

Türkiyə XİN hesabat verdi: 86 İŞİD-çi öldürülüb
  13 Sentyabr 2016    Oxunub:1675
Türkiyə Silahlı Qüvvələri, "Fırat Kalkanı" istisna olmaqla, bu ilin yanvarından İŞİD-in 487 hədəfini vurub, 86 terrorçu zərərsizləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin Xarici İşlər Nazirliyi terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə ilə bağlı hesabatda yer alıb. Hesabata əsasən, 2014-cü ildə Türkiyənin Suriya ilə sərhədində saxlanılan, qanunsuz neft ixracının həcmi 12,6 milyon litrdən, 887 min litrədək azalıb:

`2011-ci ildən 2016-cı ilin fevralınadək 37 min 121 nəfərin ölkəyə daxil olması qadağan edilib. Eyni zamanda, 2016-cı ilin fevralından etibarən 3 min 128 nəfər ölkədən deportasiya olunub, 745 nəfərin isə Türkiyəyə girişinə icazə verilməyib.`

AzVision.az




Teqlər:





Xəbər lenti