`Qazprom`un işçisi Ermənistanın baş naziri oldu

`Qazprom`un işçisi Ermənistanın baş naziri oldu
  13 Sentyabr 2016    Oxunub:6824
Ermənistan prezidenti Serj Sarkisyan Karen Karapetyanın baş nazir təyin edilməsi barədə sərəncam imzalayıb.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın hakim Respublika partiyası baş nazir postuna Rusiyanın “Qazprom” şirkətinin nümayəndəsi Karen Karapetyanın namizədliyini təsdiq etmişdi.

Müvafiq qərar Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi partiyanın icra orqanının və şurasının iclaslarında qəbul olunub.

Qeyd edək ki, 2014-cü ilin aprel ayından Ermənistan hökumtinə rəhbərlik edən sabiq baş nazir Ovik Abramyan sentyabrın 8-də istefa verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti