`Türkiyə ABŞ-ın 53-cü ştatı deyil` - Partiya sədri

`Türkiyə ABŞ-ın 53-cü ştatı deyil` - Partiya sədri
  13 Sentyabr 2016    Oxunub:2047
ABŞ-ın Türkiyədəki səfirliyinin bu ölkənin 28 bələdiyyəsində həyata keçirilən qəyyum təyinatından narahat olduqlarını bəyan etməsi ana müxalifət partiyalarından olan Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının sərt reaksiyasına səbəb olub.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbərinə görə, D.Baxçalı ABŞ səfirini həddini aşdığını bildirib.

“ABŞ səfiri həddini aşır. Türkiyəyə hörmətsizlik edir, həqarət yağdırır. Türkiyə ABŞ-ın 53-cü ştatı deyil. Türkiyə müstəqil, milli və qürurlu bir dövlətdir”, - deyə D.Baxçalı vurğulayıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti