Türkiyə təyyarəsi qəza enişi edib

Türkiyə təyyarəsi qəza enişi edib
  13 Sentyabr 2016    Oxunub:1756
Türk Hava Yollarının (THY) sentyabrın 13-də səhər saatlarında İstanbul-Porto reysi ilə yola düşən sərnişin təyyarəsi uçuşdan az sonra havaya qalxdığı İstanbulun Atatürk Hava Limanına qəza enişi ilə geri dönüb.

Bu barədə AzVision.az “Anadolu”ya istinadən xəbər verir.

Məlumata görə, göyərtəsində 134 sərnişinin olduğu “Boinq 787-800” tipli hava gəmisinin salonunda oksigen çatışmazlığı qəza enişinə səbəb olub. Qəza enişi problemsiz başa çatıb. Sərnişinlər isə başqa bir reyslə Portoya yola salınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti