Lavrov və Kerri Suriyanı müzakirə edib

Lavrov və Kerri Suriyanı müzakirə edib
  15 Sentyabr 2016    Oxunub:1035
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner bildirib.

Onun sözlərinə görə, dövlət rəsmiləri Suriya məsələsini müzakirə ediblər. Lavrov və Kerri qənaətə gəliblər ki, ölkədə tətbiq edilən atəşkəs rejiminə ümumilikdə əməl olunur.

“Hökumət qoşunları və müxalifət tərəfindən atəşkəs rejiminin pozulması halları qeydə alınsa da, ümumilikdə atəşkəsə riayət olunur”, deyə M.Toner qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti