Türkiyədə erməni dilində olan yazılar ləğv edilir

Türkiyədə erməni dilində olan yazılar ləğv edilir
  15 Sentyabr 2016    Oxunub:2703
Türkiyədə erməni dilində olan bütün yazılar yığışdırılır.
AzVision.az `CNN Türk`-ə istinadən xəbər verir ki, ölkədə kürdlərin daha çox məskunlaşdığı ərazilərdə erməni dilində olan lövhələr sökülür.

Məlumata görə, artıq Mardin vilayətinin Derik şəhərində ermənicə yazılan `Derik Bələdiyyəsi` adlı lövhə ləğb olunub. Bu qadağanın bütün regionlara şamil ediləcəyi deyilir.

Qeyd edək ki, bundan öncə Tuzluca bələdiyyəsi İğdırın Tuzluca əyalətinin girişində və çıxışında dörd dildə yazılmış “Hoş geldiniz” və “Güle Güle” ifadələrinin erməni dilindəki hissəsini sökdürüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti