Ermənistanda məhbus məhkəməyə aparılarkən qaçıb

Ermənistanda məhbus məhkəməyə aparılarkən qaçıb
  15 Sentyabr 2016    Oxunub:1943
Ermənistanda məhkum məhkəməyə gətirilərkən yolda qaçıb.
AzVision.az xəbər verir ki, ölkənin İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata əsasən hadisə 14 sentyabr tarixində baş verib.

Belə ki, hərbi xidmətdən yayınmaqda ittiham olunan A.Badalyan məhkəməyə gətirilərkən yolda konvoylardan yayınaraq qaçıb. Badalyan yolda onu gözləyən "Niva" markalı avtomobilə əyləşərək, naməlum istiqamətdə gedib.

Hazırda onun barəsində axtarış elan edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti