Türkmənistan prezidenti naziri Bakıya səfir göndərdi

Türkmənistan prezidenti naziri Bakıya səfir göndərdi
  16 Sentyabr 2016    Oxunub:1640
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ölkənin Dövlət İdman Komitəsinin sədri Kakabay Seyidovu işdən azad edib. Onun digər sərəncamı ilə Seyidov Türkmənistanın Bakıdakı səfiri təyin olunub.
AzVision.az xəbər verir ki, bu barədə Türkmənistan Dövlət Televiziyası məlumat yayıb.

Qeyd edək ki, ötən ay Berdıməhəmmədov Rio Yay Olimpiadasında Türkmənistan yığmasının zəif nəticə göstərməsinə görə Kakabay Seydovu danlamışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti