`Əli və Nino` filminin treyleri yayımlandı – VİDEO

`Əli və Nino` filminin treyleri yayımlandı – VİDEO
  16 Sentyabr 2016    Oxunub:18987
Azərbaycanda səbirsizliklə gözlənilən “Əli və Nino” filminin treyleri yayımlanıb.

AzVision.az xəbər verir ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəsmi “Youtube” səhifəsində filmin oktyabrın 6-da kinoteatrda nümayiş olunacağı haqda məlumat yer alıb.

Qeyd edək ki, film Məhəmməd Əsəd bəyin (Qurban Səid) “Əli və Nino” romanı əsasında çəkilib. Film müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edir.

Filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi Kristofer Hempton, rejissoru isə Asif Kapadiyadır.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti