Mirziyoyev rəsmən prezidentliyə namizəd oldu

Mirziyoyev rəsmən prezidentliyə namizəd oldu
  16 Sentyabr 2016    Oxunub:1474
Özbəkistan prezidenti vəzifəsini müvəqqəti icra edən, baş nazir Şavkat Mirziyoyevin ölkə prezidentliyinə namizədliyi irəli sürülüb.
AzVision.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Mirziyoyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyasının siyasi şurasının iclasında irəli sürülüb.

Xatırladaq ki, Özbəkistanın ilk prezidenti İslam Kərimov sentyabrın 2-də insult nəticəsində 78 yaşında vəfat edib. Sentyabrın 8-də Özbəkistan parlamentinin hər iki palatasının keçirilən iclasında prezident səlahiyyətlərinin icrası baş nazir Şövkət Mirziyoyevə tapşırılıb.

Mirziyoyev 2003-cü ildən bəri baş nazir vəzifəsində çalışır. Bundan əvvəl o, Cizak və Səmərqənd vilayətlərini qubernatoru olub.

Qeyd edək ki, Konstitusiyaya əsasən prezident səlahiyyətləri Senatın sədri Niqmatulla Yuldaşevə keçməli idi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti