Növbəti iclas Özbəkistanda keçiriləcək

Növbəti iclas Özbəkistanda keçiriləcək
  16 Sentyabr 2016    Oxunub:1168
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası gələn il aprelin 7-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.
AzVision.az-ın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev XİN Şurasının bu gün Bişkekdə keçirilən iclasında deyib.

O, eyni zamanda terrora qarşı birgə mübarizə barədə layihənin dövlət başçıları tərəfindən təsdiq olunduğunu diqqətə çatdırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti