Ermənistanın sabiq baş naziri Dubaya qaçdı

Ermənistanın sabiq baş naziri Dubaya qaçdı
  16 Sentyabr 2016    Oxunub:2872
Ermənistanın sabiq baş naziri Ovik Abramyan Dubaya gedib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, baş nazirin Dubaya getməsinin səbəbi istirahət məqsədi daşımır. Onun ölkədən qaçdığı ehtimal olunur.

Məlumata görə, Abramyanın keçmiş komandasının ona qarşı münasibəti dəyişib.

Qeyd edək ki, sentyabrın 8-də Ovik Abramyan baş nazir postundan istefa verib. Abramyan istefa ilə bağlı qərarını Nazirlər Kabinetinin bu gün keçirilən iclasında bəyan edib.

Abramyanın postuna İrəvanın sabiq meri Karen Karapetyan təyin olunub.

Qeyd edək ki, Ovik Abramyan 13 aprel 2014-cü ildən Ermənistan baş naziri vəzifəsinə təyin olunmuşdu. O, bu vəzifədə Tiqran Sarkisyanı əvəz etmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti