"Xırdalan" "Neftçi" üzərində qələbə qazanıb

"Xırdalan" "Neftçi" üzərində qələbə qazanıb
  02 May 2024    Oxunub:738
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin növbəti oyunu çərçivəsində "Neftçi" və "Xırdalan" komandaları üz-üzə gəlib.
AzVision.az xəbər verir ki, "Xırdalan" 76:73 hesablı qələbə ilə ilk yarımfinalçı olub.

Komandalar əvvəlki oyununda da "Xırdalan" 80:75 hesabı ilə qələbə qazanmışdı.

Pley-off mərhələsinin digər görüşündə sabah "Sərhədçi" və "Xəzri" klubları qarşılaşacaq.

İlk matçda "Xəzri" 98:64 hesablı qələbə qazanıb.

AzVision.az


Teqlər: idman   basketbol  





Xəbər lenti