Ruslar Avropada ən çox Fransaya qaz satırlar

Ruslar Avropada ən çox Fransaya qaz satırlar
  18 Aprel 2024    Oxunub:552
Fransa Avropa İttifaqı ölkələri arasında Rusiya qazının ən böyük alıcısına çevrilib. 2024-cü ilin üç ayında Rusiya Parisə sıxılmış təbii qazın (LNG) tədarükünü 75% artırıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası CREA analitik mərkəzinin statistikasına istinadən məlumat yayıb.

Qeyd edilir ki, Moskva bu sövdələşmədən təxminən 600 milyon avro qazanıb.

"Fransa həm Rusiyaya qarşı sərt çağırışlar edə, eyni zamanda Moskvaya belə pullar ödəyə bilməz", - Avropa rəsmilərindən biri deyib.

Maraqlıdır ki, Parisdə sıxılmış qaz alışını ev təsərrüfatlarının ehtiyacları və Rusiya ilə uzunmüddətli müqavilələri poza bilməmələri ilə izah ediblər.

Qərb ölkələri qazdan əlavə bir sıra məhsulları da Rusiyadan kütləvi şəkildə almağa davam edirlər. “The Washington Post” yazıb ki, Qərb Ukrayna işğalına görə tətbiq olunmuş anti-Rusiya sanksiyalarına baxmayaraq, 2022-ci ilin fevralından bu yana Rusiyadan yüz milyonlarla dollar dəyərində titan alır.
AzVision.az



Teqlər: Fransa  





Xəbər lenti