Yerli seriallara kişilər daha çox baxır - VİDEOSORĞU

Yerli seriallara kişilər daha çox baxır - VİDEOSORĞU
  22 Aprel 2017    Oxunub:13187
Son vaxtlar ölkəmizdə yerli seriallara maraq xeyli artıb. Bir vaxtlar Türkiyə və digər ölkələrin serialları insanlar arasında günlərlə müzakirə olunurdusa, indi yerli məhsullarımız da gündəm ola bilir.
Yaradıcı heyət hesab edir ki, bu sahədəki uzun boşluğa və köklü serial ənənəsinin olmamasına baxmayaraq, çəkilən yerli serialların əksəriyəti uğurlu alınıb, keyfiyyət və maraq dairəsi heç də xaricilərdən geri qalmır.

Məlumat üçün bildirək ki, ölkəmizdə yerli serial bazarının inkişaf etməsi üçün dövlət tərəfindən televiziya kanallarına 2011-ci ildən indiyə qədər 11 milyon manat vəsait ayrılıb. Dövlətin verdiyi vəsait hesabına ümumilikdə 40 serial çəkib.

AzVision.az şəhərdə sorğu keçirərək sakinlərin yerli seriallara baxıb-baxmamasını soruşub. Sorğuda iştirak edən respondetlərin cavabından görünür ki, yerli seriallara qadınlara nisbətədən kişilər daha çox baxır.



Müxbir: Şahanə Rəhimli
Video: Əhməd Xəlilov/Bəxtiyar Məmmədov



Teqlər: Serial   Sorğu  





Xəbər lenti