295 minə yaxın suriyalı ölkəsinə qayıdıb

   295 minə yaxın suriyalı ölkəsinə qayıdıb
  06 Yanvar 2019    Oxunub:1909
Ötən il 294 min 480 suriyalı qaçqın Türkiyədən vətəninə qayıdıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2018-ci ildə 853 min 274 əcnəbiyə Türkiyədə yaşamaq icazəsi verilib. 268 min qeyri-qanuni miqrant aşkar edilib, onlardan 55 min 894-ü ölkədən deportasiya edilib.

Bundan əlavə, qanunvericiliyin tələbləri pozan 6278 miqrant saxlanılıb. 90 əcnəbi isə dəniz yolu ilə qanunsuz keçid edərkən həyatını itirib.

Azvision.az



Teqlər: Türkiyə   Suriya   Miqrant  



Xəbər lenti