Muzeyin əsası görkəmli ziyalı və din xadimi Əhməd Əfəndi Çələbizadə tərəfindən qoyulub. O, 1924-cü ildə dərs dediyi mədrəsədə tarix muzeyi yaradıb, burada Azərbaycan tarixinə aid materialları toplayıb. Eksponatların əksəriyyəti Əhməd Əfəndinin özünə məxsus olub. Bununla yanaşı, o, idarə və təşkilatlar, ayrı-ayrı şəxslərlə əlaqə saxlayıb, bir sıra əşyaların muzeyə verilməsinə nail olub.
Muzeydə qədim əlyazmalar, kitablar, xalça və xalça məmulatları, xalq tətbiqi sənəti nümunələri, zərgərlik məmulatları və digər eksponatlara rast gəlmək mümkündür.
Azvision.az -ın muzeydən hazırladığı fotoreportajı təqdim edirik:
FOTO: Şahin Sərdarov
Azvision.az