ABŞ-ın yeni səfiri İrəvana gəlir
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi “Facebook” səhifəsində məlumat yayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya və keçmiş sovet ölkələri üzrə mütəxəssis Linn Treysini Birləşmiş Ştatların Ermənistandakı səfiri postuna ötən ilin sentyabrında təyin edib. Xanım Linn Treysi karyeralı diplomatdır və səfir təyin olunmazdan əvvəl ABŞ Dövlət Departamentində Rusiya məsələləri üzrə baş məsləhətçi işləyib. Daha əvvəl ABŞ-ın Moskva, Aşqabad və Astanadakı səfirinin müavini, həmçinin, ABŞ dövlət katibinin Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini vəzifələrində çalışıb. Linn Treysi rus dilində sərbəst danışa bilir.
Treysi, həmçinin ABŞ-ın Pakistanın Peşəvar şəhərindəki konsulluğunda da çalışıb və oradakı fəaliyyətinə görə şəxsən ABŞ dövlət katibi tərəfindən “Qəhrəmanlığına görə” mükafatı ilə təltif edilib.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Ermənistan Rusiya ABŞ