82 yaşlı prezident xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
Telekanal xatırladır ki, martın 1-də bütün Əlcəzair ərazisində on minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları keçirilib. Aksiyalar paytaxtda daha kütləvi xarakter alıb. Polis nümayiş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar isə hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşa basıb.
Əbdüləziz Buteflika fevralın 10-da ardıcıl olaraq beşinci dəfə növbəti prezident müddəti üçün rəsmən namizədliyini irəli sürüb.
Ölkədə prezident seçkiləri aprelin 18-nə təyin olunub. Bəzi müxalif siyasətçilər seçkilərdə iştirak etmək niyyətlərini bildiriblər. Hakim koalisiya Buteflikanın namizədliyini yekdilliklə irəli sürsə də, müxalifət vahid namizəd barədə razılığa gələ bilməyib.
Əbdüləziz Buteflika 2013-cü ildə keçirdiyi mikroinsultdan sonra bir neçə həftə Fransada hospitalda müalicə alıb. O vaxtdan bəri əlil arabasında hərəkət edən siyasətçi nadir hallarda ictimaiyyət qarşısına çıxır. (AzərTAc)
Azvision.az
Teqlər: